Sosial
Artur Rasizadə köməkçilərinin sayını 7-dən 3-ə endirdi
Azərbaycan baş nazirinin köməkçilərinin sayı azaldılıb. Bununla bağlı Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.
Xəzər də "silkələndi"
Bu gün səhər saatlarında Xəzər dənizində Rixter cədvəli ilə 3,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Dərbənd şəhərindən 12 kilometr şərqdə qeydə alınıb. Təkanların 74 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.
Aktyorun ailəsində ağır İTKİ: "Yalvardı ki, məni ölməyə qoyma"
Bakı Uşaq Teatrının direktoru, tanınmış aktyor İntiqam Soltanın bacısı dünyasını dəyişib. Açıqlama verən İ.Soltan bacısının xərçəng xəstəliyindən vəfat etdiyini deyib: "Həkimlər nə qədər çalışsa da, onu xilas edə bilmədilər.
Xaricdə əyani təhsil alan vətəndaşların Azərbaycanın təhsil müəssisələrinə köçürülməsi şərtləri müəyyənləşib
Ölkə daxilində bakalavriat və magistratura səviyyəsində köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal əsas götürüləcək. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmayacaq.
Tələbələrin magistratura pilləsində ixtisasını dəyişməsi qadağan edilib
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər təhsillərini ödənişli əsaslarla davam etdirəcək. Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ını təsdiq edib.
Daha bir deputatımız AŞPA-nın məruzəçisi təyin edilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin Parisdə keçirilən iclasında Milli Məclisin deputatı Vüsal Hüseynovun məruzəçisi olduğu “İşgəncə və ölüm cəzasının icrası üçün istifadə edilən vasitələrin (alətlər, avadanlıqlar və sair) ticarətinə qarşı beynəlxalq qaydaların (tənzimetmənin) gücləndirilməsi” üzrə hesabatı qəbul edilib.
Azərbaycanda orqan transplantasiyasında İLK: Meyitdən donor...
“Orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı ilə donorların sayı tərs mütənasibdir”. Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasında orqan transplantasiyasına həsr olunmuş tədbirdə xəstəxananın cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımı bildirib.
Hərracda 17 dövlət əmlakı özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirilib. Bu dəfəki hərracda ümumilikdə 17 əmlak olmaqla 4 kiçik dövlət müəssisə və obyekti, 13 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın müxtəlif rayonlarında, 1-i isə Sumqayıtda yerləşir.
Avtomobil idxalı artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub. “Olaylar” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada bildirilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd avtomobil və ya 2,04 dəfə artıb.
Gömrük daxilolmaları artıb
Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd. 383 mln. 400,01 min manat daxil olub. Komitədən “Olaylar”a verilən məlumata görə, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 326 mln. 739,7 min manat və ya 15,89% artıb. Bu ilin 11 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 632 mln. 969,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 64 mln. 339,54 min manat, aksizlər üzrə 78 mln. 248,7 min manat, yol vergisi üzrə isə 31 mln. 842,63 manat təşkil edib.
Vəkil olmaq istəyənlərin sənəd qəbulu başlandı
Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulunu bərpa edib.
Məktəbli qız 15 yaşlı oğlanı öldürdü: "Bakirəyəm" - FOTO
"O Səs Türkiyə"də beləsi olmamışdı – VİDEO
"Erkən nikah əvvəllər daha çox cənub, indi isə Aran rayonlarında baş verir"
Əvvəllər Azərbaycanda erkən nikah halları daha çox cənub bölgəsində baş verirdi, amma indi artıq Mərkəzi Aran rayonlarında da belə faktlar üstünlük təşkil edir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib. Onun sözlərinə görə, cənub bölgəsində erkən nikahla bağlı əhalinin maarifləndirlməsi üçün daha çox iş aparılması burada belə hallar azalıb.














