Sosial

Gəncədə, Göyçayda və Şəkidə treninqlər keçirilib

9 Fevral 2018 16:02

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncədə gənclər, Göyçayda məcburi köçkünlər və Şəkidə arıçılıq sahəsində fəaliyyət göstərən sahibkarlar üçün treninqlər keçirilib. Nazirlikdən “Olaylar”a bildirilib ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və maariflənmə imkanlarının təmin edilməsi məqsədilə keçirilmiş treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, yeni məhsul istehsalı və xidmətlərin göstərilməsinin təşkili, arıçılıqda səmərəliliyin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.

Dövlət Sanitariya - Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edildi

9 Fevral 2018 16:01

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edilib. Bununla bağlı “Sanitariya- epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər edilir.”Olaylar” xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirilib ki, Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla, Azərbaycan ərazisinin sağlamlıq üçün təhlükəli ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi olub. Xidmətin bu vəzifəsi ləğv edilir.Bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti artıq qida məhsullarına şamil edilməyəcək.

Tanınmış cərrahdan orqan nəqli ilə bağlı təklif

9 Fevral 2018 15:59

“Qəza və ya təbii fəlakətlər zamanı həyatını itirmiş şəxslərin yanında qohumları olmadığı halda razılıq və vəsiyyət axtarılmadan ondan transplantasiya üçün orqan və ya toxumanın götürülməsinə icazə verilməlidir”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə çıxış edən Mərkəzi Neftçilər Xəstəxanasının cərrah-transplantoloqu Mircəlal Kazımi deyib.

Azərbaycanda niyə meyitdən orqan götürülmür?

9 Fevral 2018 15:58

"Azərbaycanda uzunillərdir ki, meyitdən orqan transplantasiyası həyata keçirilmir. Belə bir əməliyyat Azərbaycanda 1973-74-cü ildə SSRİ dövrünün qanunları çərçivəsində həyata keçirilib. Hazırda bu rəqəmin sıfır olması narahatedicidir”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitənin üzvü Rəşad Mahmudov deyib.

Müəllim və valideynlər qəbul edilib

9 Fevral 2018 15:50

Fevralın 9-da paytaxtdakı 163 nömrəli məktəbdə Səbail, Yasamal və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Xoşqədəmin anası efirə çıxdı

9 Fevral 2018 15:22

Aparıcı Xoşqədəm Hidayətqızının anası “Hər şey daxil” verilişinə qonaq olub. Məlumata görə, Ofeliya xanım qızı haqqında sualları cavablandırıb. O, X.Hidayətqızının uşaqlığından bəhs edib: “Çox fəal olub. Beşinci sinifdə oxuyandan qəzetlərə yazılar yazırdı”. 

Lənkəran-Astara yolunda baş verən yol qəzasında 18 yaşlı tələbə ölüb

9 Fevral 2018 14:50

Lənkəran- Astara yolunda yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran-Astara yolunda baş verən hadisə nəticəsində 2000-ci il təvəllüdlü Sahil Rüstəmovun öldüyü, onun həmyaşıdı Ağamoğlan Cabbarovun isə xəsarət aldığı bildirilir. S. Rüstəmovun Bakıdakı universitetlərdən birinin tələbəsi olduğu bildirilir.  Faktla bağlı araşdırma aparılır.

“Quran”ı cırdığını deyən gənc yazar: “İnanclı insanam”

9 Fevral 2018 14:26

Gənc yazar Eminquey Akif in feysbukdakı şəxsi hesabında Qurani-Kərimlə bağlı etdiyi paylaşım insanlar arasında birmənalı qarşılanmayıb.  E.Akif müqəddəs kitabın vərəqlərini cırdığını bildirib.

Bakıda sürücü “Lukoil”in işçisinin dələduzluğunu belə ortaya çıxardı

9 Fevral 2018 14:22

Bakıda fəaliyyət göstərən "LukOİL” yanacaqdoldurma məntəqələrindən birində sürücü ilə yanacaqvuran əməkdaş arasında söz davası olub. Bu barədə sosial şəbəkədə Çingiz Özgür adlı istifadəçi yazıb. Bildirib ki, dünən saat 16:15 radələrində avtomobilinə dizel vurmaq üçün "Maşın bazarı” kimi tanınan yerin yaxınlığında, "Su Səsi" restoranı ilə üzbəüz "LukOİL” yanacaqdoldurma məntəqəsinə daxil olub. O, əməkdaşa 50 manat verərək 20 manatlıq dizel vurmasını istəyib: "Gətirib 45 manat qaytarır. Deyirəm, bu nədir? Deyir, elə bildim 5 manat deyirsən. 15 manat da alıb yanacağı vurdu. Maşını işə saldım, çəndə yanacağa baxıram: 35 litr! Çağırmışam, deyirəm, a kişi, bunun 333 qramın at o yana, 20 manata 33 litr sən vurmalı idin düzdür? Deyir, hə. Deyirəm mən bura 2 litr yanacaqla gəlmişəm? Bakda 2 litr yanacaq qalsa, səncə işləyər maşın?”

Keçən ay “Azərişıq” ASC-yə “ASAN” xidmət vasitəsi ilə 284 sahibkar müraciət edib

9 Fevral 2018 14:17

Yanvar ayı ərzində Azərişıq ASC-yə “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, “Azərişıq” ASC-yə yanvar ayında “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə 284 sahibkar müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib. Eyni zamanda 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN” xidmət mərkəzlərinə üz tutub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə müraciətlərin sayı artıb

9 Fevral 2018 14:07

2018-ci ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 82,8 faiz çox olmaqla, 1 milyon 123 minə yaxın müraciət qeydə alınıb.

Orqan alverinə icazə verilsin - Nazirlikdən təklif

9 Fevral 2018 13:51

Orqan transplantasiyası sahəsində məsələlərin araşdırılması və təkliflərin hazırlanması üçün İşçi Qrupunun yaradılması vacibdir. Məlumata görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov bildirib.

Əcnəbidə təhlükəli xəstəlik aşkarlandı

9 Fevral 2018 13:39

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 2 nəfər Hindistan Respublikası, 1 nəfər Pakistan İslam Respublikası və 3 nəfər Nepal vətəndaşı saxlanılıb.

Bakıda qızlar itkin düşüb — ŞOK

9 Fevral 2018 13:36

Son vaxtlar insanların itkin düşmə sayı artıb. Səbəblər isə müxtəlifdir. Əsasən də zərif cinsin nümayəndələrinin itkin düşməsi maraq doğurmağa başlayıb. Zərif cinsin nümayəndələri niyə,hansı səbəbdən evdən gedir və geri qayıtmırlar?