Sosial

Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partladı

18 Fevral 2018 09:40

Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb. Maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.

Qanunsuz ov edən şəxslərdən 42 silah götürüldü

18 Fevral 2018 09:39

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya”nın icrası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə Tədbirlər Planı təsdiq edilib və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu işçı qrup yaradılıb və görülmüş işlər haqqında hesabat hazırlanıb.

Nazirlik bu şəxsləri cərimələdi:171 iş...

17 Fevral 2018 19:29

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya”nın icrası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə Tədbirlər Planı təsdiq edilib və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu işçı qrup yaradılıb və görülmüş işlər haqqında hesabat hazırlanıb.

Salfetlə nəbzinizi ölçə bilərsiniz

17 Fevral 2018 19:25

Kağız salfetin mikroməsaməli sellüloz lifləri və karbon nanoborularından ibarət strukturu ona elektrik keçiricilik qabiliyyəti verir və onu mexaniki təsirlərə qarşı olduqca həssas edir. Bu da salfetin enerjinin saxlanması və elastik elektronika sahəsində böyük potensiala malik olduğunu göstərir.

Bayıl yamacında tədqiqatlar davam etdirilir

17 Fevral 2018 19:23

Səbail rayonu ərazisində - Bayıl yamacında mütəxəssislərin müşahidələri davam edir. İlkin hesabat Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Möcüzə yaradan üç sadə komponent -Alman təbiblərinin gizli resepti

17 Fevral 2018 17:25

Təbii vasitələrlə müalicə; ən səmərəli, məhsuldar və zərərsiz üsul… Təzyiqi normaya salan reseptin bir çox faydaları vardır. Zəncəfil, sarımsaq və limon qarışığı Bu reseptin vətəni Almaniyadır. Cövhər üç güclü inqrediyentlərdən ibarətdir: Zəncəfil, sarımsaq və limon. Bitkilərin hər biri özlüyündə çox faydalıdır, amma onlar birləşəndə daha böyük möcüzələr yarada bilər.

Lənkəranda 31 yaşlı kişi özünü asdı

17 Fevral 2018 17:13

Lənkəran şəhərində 31 yaşlı kişi özünü asaraq intihar edib. Hadisə şəhərin Vaqif Hüseynov küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Şahin Nurəddin oğlu İbrahimov həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Qəbələdə ev quşları tələf olur - VİDEO

17 Fevral 2018 09:24

Qəbələdə son günlər ev quşlarının tələf olması insanları narahat edib. Sakinlərin sözlərinə əsasən Abrıx kəndində son iki ayda 300-ə qədər quş tələf olub. Rayon baytarlıq idarəsinin əməkdaşları əraziyə baxış keçirəndən sonra bildiriblər ki, narahatlığa əsas yoxdu. Ev quşları qurd xəstəliyinə görə tələf olub.