Sosial
Deputatlar arasındakı futbol turnirinin püşkatması keçirilib
Martın 9-da Milli Məclisdə “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalarıarası beynəlxalq futbol turniri” ilə bağlı püşkatma mərasimi olub.“Olaylar” xəbər verir ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandaları qarşılaşacaq.
XƏBƏRDARLIQ! Bü gündən intensiv yağışlar başlayacaq
Azərbaycanın qərb rayonlarından başlayaraq, artıq qeyri-sabit hava şəraiti müşahidə olunmağa başlayıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Əflatun Amaşov: "Qurultayda medianın iqtisadi gücünün artırılması yollarını müzakirə edəcəyik"
Bu gün Mətbuat Şurasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyi və KİV nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.
Bakıda enerji içkisi gənci xəstəxanalıq etdi
Enerji içkisi gənc oğlanın səhhətində problem yaradıb. Azərbaycanda mobil oyunların qurucusu Fariz Əkbərov xəstəxanaya yerləşdirilib. Buna səbəb enerji içkisini qəbul etməsi olub. F.Əkbərovun sözlərinə görə, “Hell” içdikdən sonra vəziyyəti pisləşib.
BƏƏ-də keçirilən beynəlxalq mədəniyyət və kulinariya festivalında Azərbaycan da təmsil olunub
Dünyanın aparıcı ali təhsil ocaqları arasında nüfuzlu yer tutan Paris-Sorbon Abu Dabi Universtitetinin ənənəvi olaraq hər il keçirdiyi beynəlxalq mədəniyyət günü bu il beynəlxalq qadınlar gününə həsr olunub.
Zakir Qaralov Ağcabədidə qəbul keçirəcək
Baş prokuror Zakir Qaralov martın 16-da saat 10:00-da Ağcabədi Rayon Prokurorluğunun inzibati binasında Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.
Fədayə Laçından sürpriz telefon zəngi: "Bağışla..."
Natavanla Dado yenə barışdı
Bakının sürüşmə zonalarındakı - Son durum
Bayıl sürüşmə sahəsində ciddi dəyişiklik yoxdur. Bunu açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
“Bakı Metropoliteni” işçi axtarır
“Bakı Metropoliteni” QSC tornaçı peşəsi üzrə işə qəbul elan edir. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, namizəd bu sahədə azı 3 illik təcrübəyə malik, 25-45 yaşlarında, peşə-ixtisas və yaxud ixtisas təhsilli tornaçılar olmalı, torna dəzgahının konstruksiyasını, ayrı-ayrı qovşaqların təyinatını bilməlidir.
İçərişəhərdə kafe yanıb
İçərişəhərdə fəaliyyət göztərən kafelərin birində yanğın qeydə alinib. baş verib. Məlumata görə, hadisə gecə saatlarında baş verib. Gecə saat 03 radələrində Bakının Böyük Qala küçəsində yerləşən “Moy dom” kafesinin mətbəxində yanğın olub. Yanğın qısa müddət ərzində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Azərbaycanlı alimə Oksforddan təklif
Azərbaycan Milli Elmlər Akademiyasının akadrmiki Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlük təklif edilib. AMEA-dan verilən məlumata görə, sözügedən təşkilatın Ekspertlər Şurası V.Fərzəliyevin beynəlxalq səviyyəli elmi fəaliyyətini, tədqiqatlarının nəticələrinin elm və istehsalın inteqrasiyasına verdiyi töhfəni yüksək qiymətləndirərək bu barədə qərar qəbul edib.
ŞOK STATİSTİKA: 61 nəfər elə bir şeyin qurbanı oldu ki...
Xəzərdə zəlzələ
Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, ilkin məlumatlara əsasən, martın 8-i yerli vaxtla saat 17:53:19-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.














