Sosial

SON DƏQİQƏ! Binəqədidə bina uçdu - VİDEO

18 Mart 2018 19:33

Binəqədi rayonunda uçqun olub. Hadisə ikinci mədən adlandırılan ərazidə baş verib. Əvvəllər neft şirkətinə məxsus olmuş yeməkxana qəzalı vəziyyətdə olduğu üçün uçub.Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, yaxınlıqda yerləşən dayanacaqda saxlanılan bir neçə avtomobilə ciddi ziyan dəyib. Həmçinin qeyd olunan ərazidə 1910-cu ildə tikilmiş bir neçə qəzalı binanın olduğu və həmin binalarda oxşar mənzərənin yarana biləcəyi sakinlər tərəfindən bildirilib.

Dövlət qulluğuna qəbul üçün 710 vəzifəyə müsahibə keçiriləcək

18 Mart 2018 17:13

Rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı azdır Aprelin əvvəllərindən etibarən 7 və 8 fevral 2018-ci il tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, 7 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) təqdim olunub.

Qocalar Evində Novruz bayramı şənliyi keçirilib

18 Mart 2018 17:11

Bu gün Bilgəhdəki müharibə və əmək əlilləri pansionatında (Qocalar Evində) Novruz bayramı münasibətilə tədbir keçirilib.

İnsanların ən çox gördüyü 5 YUXU

18 Mart 2018 14:43

Avstraliyalı psixoloqlar 30 illik peşə fəaliyyəti illərində analiz etdikləri 100 min yuxu içərisində ən çox görülən yuxuların siyahısını tərtib ediblər. Bu yuxular içərisində xüsusilə bir neçəsi tez-tez görülür.

Sabahın hava proqnozu açıqlandı

18 Mart 2018 13:40

Sabah ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 10-15° isti olacaq.

Masallıda qəza: 4 nəfər yaralandı

18 Mart 2018 11:06

Masallıda yol qəzası baş verib. Məlumata görə, Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində 50-BU-623 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ilə 15-BK-670 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə ikisi ağır olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

Bürclər – 18 mart

18 Mart 2018 09:21