Sosial

Görmə qabiliyyəti məhdud və əlil arabasında olan şəxslərin Prezident seçkilərində iştirakı üçün lazımi şərait yaradılıb

6 Aprel 2018 15:12

Görmə qabiliyyəti məhdud və əlil arabasından istifadə edən vətəndaşların Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakına şərait yaradılması üçün Mərkəzi Seçki Komissiyası ilə birgə geniş miqyasda müvafiq tədbirlərin görülməsi təmin edilib. Həmin insanların seçki məntəqələrinə gələrək səs vermələri üçün bütün lazımi şərait yaradılıb.

“Azərişıq” ASC Şirvan bölgəsindəki elektrik şəbəkələrini yeniləyir

6 Aprel 2018 15:10

“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələrini yenidən qurur. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Külək və digər təbii hadisələrə davam gətirmək gücündə olmayan elektrik hava xətlərinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir.

Xaçmazın iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

6 Aprel 2018 15:09

Xaçmaz rayonunun Qaracik-Zeyid  və Aslanoba   kəndlərinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Azərbaycanın sürücülük vəsiqələri xaricdə niyə tanınmır? - Rəsmi izah və ekspertin təklifi

6 Aprel 2018 15:02

"Azərbaycanın sürücülük vəsiqələrinin xarici ölkələrdə tanınması ilə bağlı problem yaxın vaxtlarda tam həllini tapacaq". Bunu  Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev deyib.

Yeniyetmələrə, 1 ildən çox işsiz olanlara və pensiya yaşına az qalanlara dövlət xüsusi dəstək göstərəcək

6 Aprel 2018 14:38

Azərbaycanda özünüməşğulluğa (əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsi) dövlət dəstəyi təşkil olunur və bunun şərtləri müəyyənləşib. Məlumata görə, bu, yenidən hazırlanmış “Məşğulluq haqqında” qanun layihəsinin 24-cü (Özünüməşğulluğa kömək göstərilməsi) maddəsində əks olunub.

Aprelin 12-də Günəşdə ən güclü təlatüm olacaq və... - Azərbaycanlı ALİM AÇIQLADI

6 Aprel 2018 14:36

Biz Günəşdəki dəyişiklikləri NASA-nın saytından izləyə bilirik. Müşahidələrimizə görə, hazırda Günəşdə vəziyyət stabildir. Aprelin 12-də zəif həyəcanlaşma gözlənilir, həmin günlərdə vəziyyət qırmızı xətlə göstərilir.

İnternetinizin sürətli olması üçün bunları etməlisiniz – VİDEO

6 Aprel 2018 14:33

ARB TV-nin “Günə doğru” verilişində internet xətlərinin dəyişdirilməsi ilə bağlı maraqlı sujet yayımlanıb. Müasir dövrdə hər ötən gün internet istifadəçilərinin sayı artmaqdadır. İnternetin sürətinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılsa da problemlər hələ də qalır.

Bütün metro stansiyalarda qatarlarda musiqi səsləndirilir

6 Aprel 2018 13:49

Bakı metropoliteninin stansiyalarına daxil olan qatarlarda səsləndirilən musiqi parçaları artıq bütün yeraltı stansiyalarda səsləndirilir. Məlum olduğu kimi, arasında məkik hərəkət təşkil edilən "Cəfər Cabbarlı" və "Xətai", həmçinin yerüstü "Bakmil", eləcə də Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında qatarlarda musiqi fraqmentləri səsləndirilmirdi. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki,  artıq bu məsələ həllini tapıb. Yerüstü "Bakmil" stansiyası istisna olmaqla, bütün stansiyalara daxil olan qatarlarda səsləndirilmək üçün milli musiqimizin tanınmış və ecazkar əsərlərindən parçalar seçilib.

Abşeronda məktəb direktorunun müavini intihar etdi - TƏFƏRRÜATLAR

6 Aprel 2018 13:05

Xırdalan şəhərində dəhşətli intihar faktı qeydə alınıb.  1988-ci il təvəllüdlü Nərmin Elman qızı Ağalarova yaşadığı F.Əhmədov küçəsi ev 1-in çardağında özünü asıb. Hadisə günorta saat 14 radələrində qeydə alınıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. 

Səlim  Müslümov Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb

6 Aprel 2018 13:03

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim  Müslümov Nazirlik yanında İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb.

Yağmursuz hava davam edəcək

6 Aprel 2018 13:00

Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Cənub küləyi əsəcək.

Elgiz: "Bunlar qanun pozuntusudur"

6 Aprel 2018 12:41

"Qonaqlar deyir ki, verilişə gələndə ehtiyat edirik. Şəxsi məsələlərlə bağlı sual verirsiniz. Bizim nəyimizə lazımdır?".

Ən vacib yemək – Səhər yeməyi

6 Aprel 2018 12:40

Səhər yeməyi ən vacib qidalardan sayılır. Təsadüfi deyildir ki, həkimlərin əksəriyyəti onun böyük əhəmiyyətə malik olduğunu söyləyirlər. Səhərlər qida qəbul etmək orqanizmi işə salır, onu lazım olan enerji ilə təmin edir. Təəssüf ki, çoxları səhərlər qidalanmağa lazımi əhəmiyyət vermir və ən yaxşı halda bir fincan qəhvə, çay və buterbrodla kifayətlənirlər. Bir çoxları isə ümumiyyətlə, səhər yemək yemirlər.

Xanımların diqqətinə! – Bakıda manyak “ginekoloqlar” peyda olub – FOTOLAR

6 Aprel 2018 12:38

Son zamanlar internetin verdiyi imkanlardan müxtəlif fırıldaqçılıq əməlləri üçün istifadə edənlərin sayı artmaqda davam edir.