Sosial

"Süpürgəçi qadının ölüm xəbəri doğru deyil"- Rəsmi açıqlama

9 Aprel 2018 12:53

Sumqayıt şəhərində süpürgəçi qadının maşınla vurularaq öldürülməsi haqqında xəbərlər yayılıb.  Baş verən hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi ilə əlaqə saxlayıb. Saytımıza bildirilib ki, süpürgəçi qadının ölüm xəbəri doğru deyil:“Bu xəbər doğru deyil, baş verən hadisədə xəsarət alan qadın yox, kişi olub.

Brüsseldə yaşayan azərbaycanlılar həmrəylik aksiyası keçiriblər

9 Aprel 2018 12:47

Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıla Konqresinin birgə təşkilatçılığı ilə Brüssel şəhərində ölkəmizin Belçika Krallığındakı səfirliyi və Avropa Birliyindəki daimi nümayəndəliyinin binası qarşısında bu ölkədə yaşayan azəbaycanlıların həmrəylik aksiyası keçirilib.

İntellektual yarışmanın növbəti qalibi məlum olub

9 Aprel 2018 12:45

Məktəblilərdən ibarət komandalar arasında növbəti  intellektual teleoyunun nəticələri bəlli olub. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 117, 207, 211 nömrəli tam orta məktəblərin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdlərindən ibarət komandalar “Hazırcavablar” intellektual teleoyununda iştirak edib. Məktəblilər “Dil və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Məntiq” və digər bölmələr üzrə sualları cavablandırıblar. 

Səhiyyə nazirinin müavini vəfat edib

9 Aprel 2018 12:38

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, A. Vəlibəyov aprelin 8-də 71 yaşında dünyasını dəyişib.

“2018 Formula-1” ərəfəsində avtobusların hərəkət istiqaməti açıqlanıb

9 Aprel 2018 12:11

Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması planına əsasən trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar səhər saat 06:00-dan gecə saat 04:00-dək, 28 May və İçərişəhər metrostansiyaları isə saat 06:00-dan gecə saat 02:00-dək  xidmət göstərəcək.

Dənizkənarı Milli Parka giriş aprelin 25-dən mayın 1-dək bağlı olacaq

9 Aprel 2018 12:09

Aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

ETSN Şamaxıda sürüşmə sahələrində vəziyyəti açıqlayıb

9 Aprel 2018 11:59

“Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.  O bildirib ki, 48-A məhəlləsi sürüşmə sahəsi üzərində mövcud çatların parametrlərində artım qeydə alınıb.  Ekspedisiya rəisi qeyd edib ki, rayonun Muğanlı sürüşmə sahəsi də aktivləşib, sürüşmə sahəsində mövcud çatların ölçüləri genişlənib.   

Nazirlik: "Bu ilin ilk rübündə 43,7 mindən çox müraciət cavablandırılıb"

9 Aprel 2018 11:49

Cari ilin mart ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 12 081 müraciət daxil olub.

31 min nəfər ərizəsini təsdiqləyib

9 Aprel 2018 11:45

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu davam edir. Aprelin 9-u saat 10.30-a olan məlumata əsasən, ilk qəbul imtahanında iştirak üçün 31 349 abituriyent (26 789 nəfər Azərbaycan bölməsi, 4560 nəfər rus bölməsi), ikinci qəbul imtahanında iştirak üçün isə 376 abituriyent (320 nəfər Azərbaycan bölməsi, 56 nəfər rus bölməsi) qeydiyyatdan keçib.

Böyük Qafqazın 3D seysmogeodinamik modeli hazırlanacaq

9 Aprel 2018 11:37

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsinin müdiri, yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev Fulbrayt Fondunun qrant dəstəyi ilə ABŞ-ın Miçiqan Universitetində elmi ezamiyyətdə olub.

"ATV xəbər" ailəsində xoş gün

9 Aprel 2018 11:30

ATV xəbər ailəsində xoş gün olub. Belə ki, ATV xəbər ailəsinin üzvü, uzun müddətdir xəbərlər departamentində redaktor vəzifəsində çalışan Aygün Nurəddinova ailə həyatı qurub. Toy mərasiminin aparıcılığını Sənan Şəfizadə edib.

Süd məhsullarının düzgün emal edilməməsinin fəsadları

9 Aprel 2018 11:20

Bu gün dünyada süd və süd məhsulları təxminən 6 milyard insanın qidasının ən önəmli hissəsini təşkil edir. Hər il 730 milyon ton süd və süd məhsulları istehsal edilir. Süddən yoğurt, qatıq, pendir, qaymaq və s. kimi məhsullar istehsal edilir. Hələ 4000 il bundan əvvəl süd və süd məhsulları qədim insanlar tərəfindən istehlak olunub.

Leyla Əliyeva və Arzu Əliyeva Dendrologiya İnstitutunda olublar

9 Aprel 2018 11:10

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda olublar.  Bu barədə AMEA-dan məlumat verilib. 

Səyyar ASAN xidmət davam edir

9 Aprel 2018 10:35

Səyyar ASAN xidmət 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 16 aprel Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 11 aprel Horadiz və Şabran şəhərlərində, 10 – 19 aprel Sabunçu rayonunun Pirşağı qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.