Sosial

İranlı diplomat MƏTBUAT ŞURASINDA

14 Sentyabr 2018 17:56

Bu gün Azərbaycan Mətbuat Şurasında İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi ilə görüş keçirilib. Cənab Nəcəfinin ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatmasına həsr olunmuş toplantıda İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Nazir Şirvanda vətəndaşlarla görüşüb

14 Sentyabr 2018 16:08

Sentyabrın 14-də gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayon və şəhər sakinlərini qəbul edib.

"Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafındakı xidmətləri" adlı tədbir keçirildi

14 Sentyabr 2018 16:02

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq "Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafındakı xidmətləri" adlı tədbir keçirilib.

Bakcell “ASAN Məktub”la uşaqların xəyallarını gerçəkləşdirməyə davam edir

14 Sentyabr 2018 15:26

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti dəfə “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” təşəbbüsünə qatılıb.