Sosial

Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru

25 Sentyabr 2020 15:55

Yüksək texnologiyaların məkanı sayılan Sinqapurda təşkil olunan 32-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. 13-19 sentyabr tarixlərində baş tutan bilik yarışmasına 87 ölkədən 343 iştirakçı qatılıb. Ölkənin lider mobil operatoru Azercell Telekom-un dəstəklədiyi Azərbaycan komandasının üzvləri olimpiadada uğurlu nəticə göstərərək 3 medal əldə ediblər.

Ceyhun Bayramov Yunanıstan səfirini qəbul edib

25 Sentyabr 2020 15:40

Bu ilin 25 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqosu qəbul edib.

Hamilə qadınlara hansı qadağalar qoyulacaq?

25 Sentyabr 2020 15:39

Canlı donordan donor orqan götürülməsinə qoyulan məhdudiyyət müəyyənləşir.“Olaylar” xəbər verir ki, bu, sentyabrın 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi, kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir.

Ermənistanda ikinci dalğa güclənir - Virus sürətlə yayılır

25 Sentyabr 2020 15:26

Ermənistanda son sutka ərzində daha 392 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.

Ceyhun Bayramov Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb

25 Sentyabr 2020 14:55

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən qeyri-rəsmi iclasında çıxış edib.

Deputat Musa Qasımlı seçiciləri ilə görüş Keçirib

25 Sentyabr 2020 14:51

 Millət vəkili Musa Qasımlı seçiciləri ilə görüş keçirib. “Olaylar” xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: “Bu gün Yardımlıda ofisimdə karantin rejiminin tələblərinə ciddi riayət etməklə bir neçə nəfər seçici ilə görüşüb istəklərini dinlədim.

Karantin rejiminin uzadılıb-uzadılmaması epidemioloji vəziyyətdən asılıdır

25 Sentyabr 2020 14:35

 “Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə sayəsində ardıcıl tədbirləri davam etdirir. Ölkəmizdə həyata keçirilmiş zəruri tədbirlər çərçivəsində pandemiyanın mənfi təsirləri tədricən aradan qaldırılır, məhdudiyyətlər götürülür, yollar açılır, ümumən pandemiyadan öncəki vəziyyətə qayıdış üçün tədbirlər həyata keçirilir”.

Beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin çıxışından nəticə çıxarmalıdırlar- Milli Vəhdət Partiyası

25 Sentyabr 2020 14:32

MVP: “Əks təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq düşmənin cəzasını özü verməli olacaq”

Toy və yas mərasimləri tamamilə ləğv edilə bilər - AÇIQLAMA

25 Sentyabr 2020 14:22

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi ilə əlaqədar təxirə düşən əsas tədbirlərdən biri də toy və yas mərasimləridir.  Artıq 7 aydan çoxdur ki, bu qadağa qüvvədədir.

Karantini pozan çay evinin sahibi cərimələndi

25 Sentyabr 2020 14:17

 Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb. Bu barədə “Olaylar”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Vəkillər Kollegiyasının Aparat rəhbəri istefa verdi

25 Sentyabr 2020 14:10

Azərbaycan Vəkillər Kollegiyasında kadr dəyişikliyi olub. Bu barədə “Olaylar”a  kollegiyadan məlumat verilib.

Sabah hava Necə Olacaq?

25 Sentyabr 2020 14:10

Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.