Sosial

Sabahın hava PROQNOZU

29 Sentyabr 2020 13:40

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Əcnəbilərin ölkədə qalma müddəti uzadıldı

29 Sentyabr 2020 13:32

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2020-ci il tarixli, 359 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

İctimai nəqliyyatın hərəkəti adi rejimdə Davam edəcək

29 Sentyabr 2020 13:23

28 sentyabr tarixindən Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək

Mənzillərin qeydiyyatı bu ünvanlarda Aparılacaq

29 Sentyabr 2020 13:14

 İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın  30-u Nəsimi rayonu, Akademik Həsən Əliyev küç., 1030-cu məhəllə ünvanında keçiriləcək.

Ağsaqqal Şurası yeni sədr Seçir

29 Sentyabr 2020 13:13

 Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VIII qurultayı keçirilir. Qurultayda Şuranın üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər. “Olaylar” xəbər verir ki, qurultaya sədrlik edən Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov əvvəlcə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının vətəndaşlarımızın qələbə əzmini, ruh yüksəkliyini daha da artırdığını və hər kəsin əsgərlərimizin yanında olduğunu bildirib.

Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edildi

29 Sentyabr 2020 12:34

İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir. Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib.

Müştəri xidmətlərinin elekton sistemi yaradılacaq

29 Sentyabr 2020 12:30

Abonentlərə xidmətlərin təqdim olunmasında əldə olunan uğurların davamlı olması üçün daha effektiv yeni iş prosedurlarının təşkilinə zərurət yaranıb. “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilmiş kommunal xidmətlərin inkişafına dair “Strateji yol xəritəsi” üzrə monitorinq və qiymətləndirmənin həyata keçirilməsindən irəli gələrək müştəri xidmətləri sahəsində bəzi yeniliklərin olunmasını nəzərdə tutur

AŞPA  hərbi əməliyyatlardan narahatlıq keçirir

29 Sentyabr 2020 12:29

Avropa Şurası Parlament Assambleyası Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlanmasından son dərəcə narahatlıq keçirir.

Cəbhədəki yaşayış məntəqələrinin qaz təchizatı və elektrik enerjisi təchizatı nəzarətdədir

29 Sentyabr 2020 12:29

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, növbəti hərbi təcavüzü nəticəsində cəbhə zonasında yerləşən yaşayış məntəqələrində  bir sıra enerji infrastrukturu obyektlərinə də zərər dəyib.