Sumqayıt Dövlət Dram Teatrından Silahlı Qüvvələrimizə dəstək

 Bu gün biz Azərbaycan tarixinin ən parlaq və  şərəfli  səhifəsini  yaşayırıq.

Bu gün biz Azərbaycan tarixinin ən parlaq və  şərəfli  səhifəsini  yaşayırıq. O səhifəni Ali Baş Komandanın rəhbərliyi  ilə  Şanlı Ordumuz yazdı. Ölkə başçımız  cənab İlham Əliyev  düşmənə, dünyaya,  ikili standartlardan qaça bilməyən  bəzi  dövlətlərə  və təşkilatlara sərt münasibətini bildirməklə  Azərbaycanın siyasi iradəsini  və hərbi qüdrətini göstərdi. Ali Baş Komandanın  rəvan çıxışları, həqiqəti çatdırma  üslubu, faktları zamanında səsləndirməsi və ən başlıcası, milli dövlətçilik sevgisi opponentlərin aciz  duruma düşməsinə səbəb olur.

Olaylar.az bildirir ki, Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi və  kollektivi adından  Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna  iyanə edilib. Bu kiçik  köməyimizlə bildirmək istəyirik ki, ürəyimiz  zəfər yürüşünə çıxmış  əsgər və zabitlərimizlə birgə döyünür. Biz yaradıcı kollektiv olaraq Ali Baş Komandanı,  qəhrəman əsgərlərimizin  hər zaman yanındayıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31