Hazırda bütün dünyada COVİD-19-a yoluxma halı pik həddinə çatıb - TƏBİB-in komitə sədri

İnsanlar COVİD-19-a yoluxma sayı azalıbmış kimi bir az arxayınlaşıblar. Amma hamı bilməlidir ki, hazırda karantin rejimidir.

Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov əlavə edib ki, hazırda bütün dünyada COVİD-19-a yoluxma halı pik həddinə çatıb.

Payız-qış aylarında Azərbaycanda da yoluxma sayında artımın baş verəcəyinin gözlənildiyini deyən A.Qurbanov qeyd edib ki, soyuq fəsildə kəskin respirator virus infeksiyaları, tənəffüs sistemi xəstəlikləri aktivləşir:

"Bunun da səbəbi odur ki, soyuq hava yuxarı tənəffüs orqanlarına təsir göstərib onun müdafiə qabiliyyətini zəiflədir və tənəffüs yolu ilə yoluxan infeksiyalar - yalnız COVİD deyil , qrip və qripəbənzər xəstəliklər də aktivləşir. Yoluxma sayının artması bir tərəfdən bununla bağlıdır. Digər tərəfdən, insanların sıxlığı bu yoluxmanın artmasına səbəb olur. Bu, xüsusən o halda olur ki, tövsiyələrə əməl edilmir. Mən bildiyimə göprə, nəqliyyat vasitəsiləırində heç də lazımi qaydalara hər kəs əməl etmir".

Komitə sədrinin sözlərinə görə, hələlik COVİD-19-a qarşı vaksin olmadığı üçün insanlar yalnız virusdan qorunma tədbirlərinə əməl etməlidirlər.

Onun fikrincə, qorunma tədbirlərinə əməl edilsə, yoluxma sayını azaltmaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31