Sosial
Metropolitençilərdən Milli Orduya dəstək
Yunus Oğuz "Gərgin Saat"-da
İşğaldan azad olunan Xocavəndin peyk görüntüsü yayıldı - FOTO
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-ü ötdü
İcra Baş İdarəsinə yeni rəis təyin olunub
UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb
UNEC kollektivi Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına qarşı əks-hücum əməliyyatına başlayaraq, torpaqlarımızın işğaldan azad etməsini qürurla izləyir.
Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi qeyd ediləcək
Azərbaycanın qəhrəman oğlu, İkinci Dünya Müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb. “OLAYLAR”-a İdarədən verilən xəbərə görə, əmrə əsasən, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla ümumi təhsil müəssisələrində əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun doğum günü ərəfəsində tarixçi alimlərin, veteranların və görkəmli ictimai-siyasi xadimlərin iştirakı ilə yubiley tədbirləri keçiriləcək.
85 yaşlı nənə tikdiyi bayrağın Şuşada dalğalanmasını arzulayır
Tovuzun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinin 85 yaşlı sakini Laçın Bağırova zəhmətkeşliyi ilə seçilir. Ailəsini dərzilikdən qazandığı pulla dolandıran Laçın nənə, həm də Qarabağ müharibəsi veteranının anasıdır.
Mətbuat Şurası bəyanat yayıb
Azərbaycan Mətbuat Şurası beynəlxalq təşkilatlara və media qurumlarına bəyanat ünvanlayıb.
Azərbaycan daha bir erməni təxribatı ilə üz-üzə - XƏBƏRDARLIQ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən “Mail.ru” elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyalarının həyata keçirildiyini qeydə alıb
Parlamentdə əcnəbi jurnalistlərə Qarabağdakı haqq işi barədə məlumat verildi
Bu gün Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov Milli Məclisdə brifinq keçirib. “Olaylar”xəbər verir ki, brifinqdə əks-hücum əməliyyatında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası və bu prosesdə diqqət cəlb edən bir sıra məsələlərdən danışılıb. Brifinqdə eyni zamanda, əks-hücum əməliyyatının beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi, qadağan olunmuş silahların Ermənistan tərəfindən tətbiqi, muzdluların guya Azərbaycan tərəfindən vuruşması iddiaları və bu iddialara cavab verilməsi kimi məsələlərdən söz açılıb.
Məktəblərdə şagirdlərin təhlükəsiz təhsil alması necə təmin edilir? - FOTO
Artıq bir neçə aydır ki, dünya ilə birlikdə bir savaş veririk. Amma kiminlə savaşdığını bilmədən savaşırıq bu bəla ilə. Bildiyimiz, sadəcə onun ətrafımızda olduğu, bədənimizə daxil olmaq üçün fürsət gözlədiyi, əlinə keçən hər şansı düzgün dəyərləndirdiyidir.
Azərbaycan-Qazaxıstan İşçi qruplarının ikinci iclası keçirilib
Azərbaycan və Qazaxıstanın energetika nazirlərinin müavinləri - Samir Vəliyev və Aset Maqauovun həmsədrliyi ilə “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının videokonfrans formatında ikinci iclası keçirilib.
Ombudsman “Amnesty International” təşkilatına açıq məktub ünvanlayıb
Məlum olduğu kimi oktyabrın 5-də “Amnesty International” təşkilatı öz rəsmi internet səhifəsində qərəzli, birtərəfli faktlara söykənən və bu cür həssas bir dönəmdə Azərbaycan dövlətinə qarşı bilavasitə diskriminativ xarakterli və ikili standartlara əsaslanan bəyanat yayıb.
“Mail.ru” e-poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı “fişinq” hücumlar olunur
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən “Mail.ru” elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyalarının həyata keçirildiyini qeydə alıb. Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bu “fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır.

.jpg)












