Qubadlı şəhərinin işğaldan azad olunması Sumqayıt şəhərində sevinclə qarşılandı - VİDEO
26 Oktyabr 2020 12:49 SosialQubadlı şəhərinin işğaldan azad edilməsi xəbəri Sumqayıt şəhərində böyük coşqu ilə qeyd olunub. Sumqayıtda məskunlaşan məcburi köçkün ailələri sevinc içindədirlər.
Olaylar.az xəbər verir ki, Prezident İlham Əliyevin "Azərbaycan ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib" şad xəbərini Sumqayıtda xüsusi coşqu ilə qeyd olunub. Bütün şəhərdə böyük izdiham yaşanıb. Azad olunan şəhər və kəndlərimizin sevincini yaşayan insanların bir hissəsi General Polad Həşimovun ailəsinin yaşadığı binanın qarşısına gələrək , "Başını dik tut şəhid anası" kimi ifadələr səsləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31