Sosial
İranda sutka ərzində 13 260 nəfər koronavirusa yoluxub, 479 nəfər ölüb
Ağdam rayonunun təhsil statistikası
Təhsil Nazirliyi Ağdam rayonunun təhsil statistikasını açıqlayıb. Olaylar.az bildirir ki, statistikaya əsasən, 1992-1993-cü tədris ilində Ağdamda məktəblərin sayı 99, müəllimlərin sayı 2 966, şagirdlərin sayı isə 29 478 nəfər olub.
Vüqar Bayramov: “Ağdam rayonu böyük iqtisadi potensiala malikdir”
“Ərazisi 1094 kvadrat kilometr, əhalisi 200 minə yaxın olan Ağdam rayonu böyük iqtisadi potensiala malikdir”. Olaylar xəbər verir ki, bunu deyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, 27 il əvvəlki erməni məkri bu potensialı işğal müddətində məhv etdi. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi: “İşğaldan əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdi. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min sahədə əkin aparılıb. Ağdam rayonun torpaqlarının 92 faizi əkin üçün yararlı torpaqlardır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir”.
"Həkimə gecikənlər reanimasiyaya gedir, oradan da qayıtmır" - İnfeksionist
Lazım olan tədbirlər görülməsə, yoluxma sayı iki dəfə arta bilər - Hande Harmancı
Əhali koronavirus xəstəliyini ciddi qəbul etməsə, lazım olan tədbirləri görməsə, qarşıdakı qış aylarında gündəlik yoluxma sayı iki dəfə arta bilər.
Hansı polietilen torbaların satışı qadağan edilir?
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.
Toya hazırlaşanlara VACİB XƏBƏR - QANUN DƏYİŞDİ
Komitə sədri “ Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün qaydalara riayət olunmalıdır”
“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin artırması, bəzi məhdudiyyətləri tətbiq etməsi vaxtında verilmiş qərardır”.
Mərkəzi Bankın səlahiyyəti artırıldı
Azərbaycan Mərkəzi Bankına (AMB) yeni səlahiyyət verilir.“Olaylar”ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən "Tibbi sığorta haqqında” qanun layihəsində əksini tapıb.
“Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında əsasnamə təsdiq edildi
Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edilir.“Olaylar”ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Qənirə Paşayeva Şenay Yalçın ilə görüşüb
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır
Yer kürəsinə 370-820 metr uzunluğunda nəhəng asteroid - 153201 (2000 WO107) yaxınlaşır.
Bəzi yerlərində yağış yağacaq - Xəbərdarlıq
Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə noyabrın 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Qubadlı rayonunda ekoloji monitorinq aparıldı - Nəticələr
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti monitorinqlər Qubadlı rayonunun Xocahan, Tinli, Qilican, Əbilcə, Kavdadıq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Hal kəndlərində və Qubadlı şəhərində keçirilib.














