İranda sutka ərzində 13 260 nəfər koronavirusa yoluxub, 479 nəfər ölüb
20 Noyabr 2020 15:18 Sosialİranda ötən sutka ərzində 13 260 nəfər koronavirusa (COVID-19) yoluxub.
Olaylar.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 828 377 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 726 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 479 nəfər koronavirusdan ölüb.
Beləliklə İranda bu virusdan ölənlərin sayı 43 896 nəfərə çatıb.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 589 025 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 5,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Nazirlik rəsmisi İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31