Sosial

"Qarabağın məşhur müəllimləri" - Səfərəli bəy Vəlibəyov

23 Noyabr 2020 13:10

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Səfərəli bəy Vəlibəyovdur. O,1861-ci ildə Şuşada anadan olub. Olaylar.az bildirir ki, 1881-ci ildə Qori Müəllimlər Seminariyasını bitirən Səfərəli bəy müəllim kimi burada fəaliyyətə başlayıb və 1896-cı ilə qədər seminariyada işləyib. O, Qori Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlı gəncdən biri olub. Ömrünün təxminən 20 ilini pedaqoji işə sərf edib, onlarla istedadlı gənc yetişdirib. Tətil zamanı Şuşaya dincəlməyə gələrkən burada uşaqlara pulsuz dərs deyib, onları orta və ali məktəblərə daxil olmaq üçün hazırlayıb.

Göyçayda daha bir qazimiz izdihamla qarşılandı - VİDEO

23 Noyabr 2020 13:07

Qarabağ döyüşlərində yaralanan qazimiz Asif Məmmədov böyüyüb boya-başa çatdığı Göyçay rayonunun Şahsoltan kəndinə qayıdıb. 

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb

23 Noyabr 2020 13:06

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyənləşib.

Azad olunmuş 5 rayonda FHN-in strukturları fəaliyyətə Başladı

23 Noyabr 2020 12:43

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.