Sosial

Hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq

23 Noyabr 2020 14:50

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-8 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

2 300 məhkum vaxtından əvvəl azad olunub

23 Noyabr 2020 14:43

“Qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılıb, məhkəmə proseslərinin videoformatda keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılıb, habelə cinayət işlərinə də video-əlaqə ilə baxılmasının təmin edilməsi üçün dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edilib”

Ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı könüllü olaraq hərbi xidmətə yollanıb

23 Noyabr 2020 14:42

“Böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirən ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza dəstək məqsədilə könüllü olaraq öz əmək haqları fondundan Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürmüşlər.

Gürcüstan yoluxma sayında rekordu yenilədi

23 Noyabr 2020 14:38

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 958 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.

Ermənistanda daha 24 nəfər koronavirusdan öldü

23 Noyabr 2020 14:11

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 485 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı

23 Noyabr 2020 13:10

Macarıstan 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir. Olaylar.az bildirir ki, təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.