Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyənləşib.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etdiyi müəyyənləşib. Məlumata görə, şəhər ərazisində qurulmuş komendant postlarının birində "Mercedes" markalı avtomobil saxlanılıb. Araşdırma nəticəsində  avtomobili idarə edən Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Məmmədov Babək Məmməd oğlunun aktiv koronavirus xəstəsi olduğu məlum olub. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb. Polis əməkdaşları tərəfindən əraziyə briqada dəvət olunub və həmin şəxs yaşadığı ünvana geri qaytarılıb. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31