Sosial
"Qələbə sevincimiz" adlı beynəlxalq onlayn görüş keçirilib
əhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə Qarabağın işğaldan azad olunması münasibətilə “Qələbə sevincimiz!" adlı onlayn beynəlxalq görüş təşkil edilib. Olaylar.az bildirir ki, görüşün keçirilməsində məqsəd qələbəmizi qeyd etmək, təhsilalanları vətənpərvərlik, ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlarda vətənə, torpağa məhəbbət hisslərini daha da artırmaq, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərlə dostluq əlaqələrini möhkəmləndirməkdən ibarət olub.
"Qarabağın məşhur müəllimləri" – Zakir Bağırov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Zakir Bağırovdur. O, 1929-cu ildə Şuşada doğulub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib və fəlsəfə kafedrasında pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.
Külli miqdarda narkotiki karantin postundan keçirmək istədi
Onlar tarix yazdılar…
Olaylar.az Azərbaycanın Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızı təqdim edir...
“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub
Bu bayramın ən gözəl hədiyyəsi birlikdə olmaqdır
“Coca-Cola” möcüzə dolu Yeni İl reklamını təqdim etdi. Olaylar.az bildirir ki, yenicə təqdim edilən reklam çarxının əsas mesajı “Bu bayramın ən gözəl hədiyyəsi birlikdə olmaqdır” şüarıdır. Bu həftədən etibarən dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda, Coca-Cola şirkətinin Yeni İl bayramına həsr edilmiş “Məktub” adlı özəl reklam çarxı efirə təqdim edilir. Reklam çarxının mənası 2020-ci ilin insanların həyatında misilsiz iz buraxdığını nəzərə alaraq hər kəsi özünə doğma, əziz bildiyi insanların yanında olmağa çağırışdır.
Motivasiyası yüksək olan hər kəs istədiyi qədər Dil öyrənə bilər
Cənnətə gedən yolun mübarək!
Əsrlər boyu dillərə dastan olacaq bir qələbəmizin şahidi olduq. 30 ildir ki, həsrətiylə yandığımız torpaqlarımıza qovuşduq. Bu həsrətin bitməsi vətənə olan məhəbbət hissini, Vətən sevgisini öz canlarından üstün tutan şəhidlərimizin sayəsindədir.
Şəhidliyin Pərviz adı
Süleyman peyğəmbər və Qarabağ
Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Türk Akademiyasının ölkəmizdə səfərdə olan prezidenti Darxan Kıdırəli ilə görüşüb. Olaylar.az bildirir ki, görüşdə Təhsil Nazirliyi və Beynəlxalq Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Azərbaycan xalçalarının virtual sərgisi təşkil olundu
Azərbaycan xalçalarının UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi ilə bağlı virtual sərgi təşkil olunub. Olaylar.az bildirir ki, 2010-cu ildən bu siyahıya daxil edilən Azərbaycan xalçaları dekorativ tətbiqi sənətin nadir incilərindən sayılır və öz qədimliyi ilə seçilir. Respublikamız dilbər guşələri öz füsunkar təbiəti, mili-mədəniyyət nümunələri, qədim abidələri ilə yanaşı həm də nəfis xalçaları ilə dünyada tanınır.
Qanunsuz ov edən şəxs saxlanıldı - 2000 manat məbləğdə cərimələnib
Nadir və qiymətli şahin quşlarının tutularaq ölkədən xaricə satılmasına dair brakonyerlik fəaliyyəti barədə daxil olmuş operativ məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qaydada izləmə prosesləri aparılıb.
İşğaldan azad olunmuş ərazilərimizin iqtisadi və investisiya potensialı beynəlxalq sərgidə nümayiş olunur
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendində bu gün İstanbulda öz işinə başlamış “MUSİAD Expo 2020” Sərgisində nümayiş olunur. “Olaylar” xəbər verir ki, Azərbaycan indiyədək müxtəlif ölkələrdə təşkil olunmuş beynəlxalq sərgilərdə iştirak etsə də, ilk dəfədir ki, “Qarabağ Azərbaycandır” qələbə şüarı ilə dost və qardaş Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə qurulmuş “Qarabağ Azərbaycandır” stendi Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidinin formasında dizayn edilib.














