İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan çağırış

Baş Prokurorluq işğaldan azad olunan ərazilərə səfər edən mülki şəxslərə müraciət edib. Baş Prokurorluqdan  verilən məlumatda bildirilir ki, son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir: "Baş Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31