COVİD-19 hava-damcı yolu ilə bir insandan digərinə ötürülür- Pərvanə Vəliyeva

"Ölkəmizdə COVİD-19 son günlərdə sürətlə yayılır. Gündəlik yoluxma həddi 4000 nəfəri ötüb keçib. Bu vəziyyət nəinki Azərbaycanda belədir, Avropa, ABŞ-da və qardaş Türkiyədə də yoluxma sayı gündən-günə artır. Bu cür sürətli yayılmanı həm xarici mühit amilləri, həm də mövsumi dəyişikliklərlə əlaqələndirmək olar. Havanın soyuqlaşması, buna görə də digər respirator xəstəliklərin də yayılmağa başlaması, günəşli günlərin azalması və mart ayından etibarən başlanan karantin rejimlərinə görə insanlarda kəskin D vitamini çatışmazlığı xəstəliyin artmasına təkan verən amillərdir."

"Ölkəmizdə COVİD-19 son günlərdə sürətlə yayılır. Gündəlik yoluxma həddi 4000 nəfəri ötüb keçib. Bu vəziyyət nəinki Azərbaycanda belədir, Avropa, ABŞ-da və qardaş Türkiyədə də yoluxma sayı gündən-günə artır.

Bu cür sürətli yayılmanı həm xarici mühit amilləri, həm də mövsumi dəyişikliklərlə əlaqələndirmək olar. Havanın soyuqlaşması, buna görə də digər respirator xəstəliklərin də yayılmağa başlaması, günəşli günlərin azalması və mart ayından etibarən başlanan karantin rejimlərinə görə insanlarda kəskin D vitamini çatışmazlığı xəstəliyin artmasına təkan verən amillərdir."

Bu fikirləri Olaylar.az -a açıqlamasında "Sağlamlığ xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva bildirib.

Pərvanə Vəliyeva qeyd edir ki, COVİD-19 hava-damcı yolu ilə bir insandan digərinə ötürülür, yəni xəstə şəxs asqırdıqda, öskürdükdə və ya biraz yüksəkdən danışdıqda milyonlarla gözəgörünməz hava damcıları ətrafa yayılır və eyni anda onlarla insan yoluxa bilir. Buna görə də insanların bir-biri ilə təması azalmalıdır:

"Bu gün yoluxma üçün münbit şərait ən çox ictimai nəqliyyatda müşahidə olunur. Günün pik saatlarında yollarda yaranan tıxac səbəbiylə avtobuslar təyinat nöqtələrinə gec çatırlar, nəticədə evdən-işə, işdən-evə tələsən insanlar bir-birini itələyərək avtobuslara daxil olurlar. Yoluxmanın qarşısını almaq istəyiriksə, ilk növbədə ictimai nəqliyyatdakı sıxlıq tənzimlənməli, ciddi və təxirəsalınmadan islahatlar aparılmalıdır. Avtobusların sayı artırılsa belə, tıxaclarda bu da çözüm yolu olmayacaq. Havalandırma sistemi səbəbiylə yeraltı nəqliyyat hal-hazırki vəziyyətdə uyğun deyil, məsələnin həlli üçün tramvay xətti çəkilib, əhalinin istifadəsinə verilə bilər. Ancaq bu günlərdə aktual olan sms və portal icazələr bərpa olunarsa, tıxac bir qədər azalacaqdır.

Onu da qeyd etmək istərdim ki, koronavirusun yayılma sürətinin qarşısının alınmasında cəmiyyətin bütün subyektləri səfərbər olmalı, hər kəs öz məsuliyyətini anlamalıdır. İşəgötürənlər müvəqqəti olaraq öz işçilərinin taksi xərclərini ödəməyə təşviq edilə bilər. İş yeri sahibi anlamalıdır ki, bir işçisi xəstələnərsə, təkcə digər işçilər deyil, onun ailə üzvləri də yoluxa bilər, iş yeri bağlana bilər, məhsuldarlıq aşağı düşər. Eyni zamanda işçilərə evdən işləmək şəraiti də yaradılmalıdır.

İnanırıq ki, qısa müddət ərzində 10 modul tipli xəstəxananın tikilib istifadəyə verilməsinə nail olan dövlətimiz nəqliyyatdakı sıxlığın tənzimlənməsində də qısa zamanda konstruktiv addımlar atacaqdır."

Digər yoluxma mənbəyi özəl xəstəxanalar olduğunu bildirən Pərvanə Vəliyeva qeyd edir ki, bu xəstəxanalara COVİD-19 şübhəsi olan insanlar da daxil olur, digər sağlam şəxslər də:

"Özəl xəstəxanalarda COVİD-19 testi verməyə gələn insanlar digər şəxslərlə eyni giriş və çıxışları istifadə etməməlidir. Əgər xəstəxana COVİD-19 aşkarlanması ilə məşğul olacaqsa, lazımi infeksiyaya nəzarət tədbirlərini, nəinki təkcə profilaktik, həmçinin, inzibati tədbirləri həyata keçirməlidir.

Hal-hazırda fəaliyyət göstərən kafe və restoranlarda çox yaxşı olardı ki, müştərilərə isti və ya ilıq içkilər təklif edilsin və bu xüsusi kampaniya kimi təşviq edilsin. Çünki soyuq içkilər də bir qədər respirator xəstəlikləri tətikləyir.

Vətəndaşlarımıza tövsiyyə edərdim ki, ciddi ehtiyac yaranmadığı təqdirdə evdən çıxmasınlar. Evdən çıxmaq zərurəti yaranarsa, maska taxsınlar, antiseptik vasitə götürsünlər, insanlarla fiziki məsafə saxlasınlar və üşüməyəcək tərzdə əyinlərini qalın geyinsinlər."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31