İxtisara düşən işçilərlər bağlı yenilik
ARDNŞ-in sərbəstləşən işçilərin məşğulluğunun təmin olunmasına dair proqrama əsasənadekvat tədbirlər həyata keçirilir
6 Fevral 2014 12:41 SosialDövlət Neft Şirkətinin ixtisara düşən işçiləri ilə bağlı yeni xəbər var. "ARDNŞ -nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram"a əsasən 2 istiqamət üzrə adekvat tədbirlər həyata keçirilir.
I istiqamət - sərbəstləşən işçilərin ixtisas və səriştələrinə uyğun vakant ştatlar olduqca şirkətin müəssisələrində yerləşdirilməsidir.
ARDNŞ-nin idarə və müəssisələrinə işə kənardan qəbul bu proqrama uyğun olaraq aparılacaq.
II istiqamət - ixtisasları vakant ştatlara uyğun gəlməyən, amma ənənəvi neftçi ixtisasları olan sərbəstləşən işçilərin proqrama qoşularaq ixtisas dəyişməsi üçün kurslara cəlb olunmasıdır..
Bu kateqoriyadan olan sərbəstləşən işçilər proqram müddəti ərzində əmək haqlarının 50 %-ni almaqla öz ixtisaslarına yaxın ikinci peşə qazanaraq, şirkətin, həmçinin neft sənayesinə daxil olan digər təşkilatların müəssisələrində çalışmaq imkanı əldə edəcəklər.
Proqrama qoşulmaq üçün son tarix 17.02.2014-dür.