MQF son tədbiri Pirallahıda keçirdi

Azərbaycan Milli QHT Forumu tərəfindən həyata keçirilən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi çərçivəsində son tədbir 11 dekabr tarixində Pirallahı Rayon İcra Hakimiyyətində keçirildi. Tədbirdən əvvəl Rayon İH başçısı Vasif İmanovla görüş oldu. Görüşdə Pirallahı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işləri və yeni sosial-iqtisadi infrastruktur barədə V.İmanov məlumat verdi. MQF-nin prezidenti Rauf Zeyni MQF-nin yaranması, fəaliyyəti, QHT-lərin inkişafı, vətəndaş cəmiyyətinə dövlət dəstəyi, QHT-hökumət münasibətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstək verdiyi layihələr, regionlarda əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qayğı mərkəzlərinin yaradılması haqqında tədbir iştirakçılarını ətraflı məlumat verdi. Rayonda sosial problemlərin həll olunması ilə əlaqədar olaraq vətəndaş cəmiyyəti institutlarının yaradılması və müvafiq Fondlardan maliyyənin cəlb olunması məqsədilə MQF ilə Pirallahı rayonunun əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğuladı. Layihənin hüquqşünası Aydın Kərimov layihənin hüquqi aspektləri, əlillərin hüquqları, yeni infrastrukturda əlillər üçün bərabər şəraitin yaradılması, müyəssərliyin təmin olunması, əlilliklə bağlı dövlət siyasətinin həyata keçirilməsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, dövlət tərəfindən əlillərə göstərilən qayğı və s.barədə fikirlərini bildirdi.

Layihə çərçivəsində çap olunan bukletlər tədbir iştirakçılarına paylanıldı. Sonda Rauf Zeyni tədbirin keçirilməsinə dəstək verdiyi üçün İcra Hakimiyyəti başçısına öz minnətdarlığını bildirdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31