"Youtube"dən kanal sahiblərini sevindirəcək yenilik
22 Avqust 2024 19:03 Sosial"Google" oğurlanmış "Youtube" kanallarını geri qaytarmaq üçün yeni bir vasitə yaradıb.
Olaylar.az metbuat.az-a istinadən xəbər verir ki, yenilik sayəsində oğurlanan hesabları geri qaytarmaq asanlaşacaq. "Google" bu yeni funksiyada süni intellektdən istifadə edib və hesabı geri qaytarma prosesini avtomatikləşdirib.
Hesabının oğurlandığını düşünənlər bir neçə suala ardıcıllıqla cavab verərək hesabı təhlükəsiz hala gətirə biləcəklər. Yeni alət "Youtube Yardım Mərkəzi"ndə yer alacaq. Hazırda sadəcə ingiliscə olan alət yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31