Bakıda suyu kəsilənlərin nəzərinə
22 Avqust 2024 12:28 SosialOğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.
Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31