Ölkəyə suçiçəyi əleyhinə peyvənd gətiriləcək?
21 Avqust 2024 16:16 SosialAzərbaycana suçiçəyi əleyhinə peyvənd gətirilməsi hələ nəzərdə tutulmayıb.
Olaylar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.
"Dünyada suçiçəyi əleyhinə vaksin var. Bu vaksini Milli Peyvənd Təqviminə salan ölkələr də var. Hazırda bu peyvəndin Azərbaycana gətirilməsi gündəmdə deyil", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31