Deputat DSMF-nin idarəetmə xərclərinin artırılmasının əleyhinə çıxıb
24 May 2024 14:55 SosialMilli Məclisin deputatı, parlametin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aparatının və yerli bölmələrinin saxlanılması xərclərinin 5 milyon manat artırılması istəyini tənqid edib.Olaylar xəbər verir ki, deputat mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.
"Əgər elektron xidmətlər istifadə artırsa, niyə DSMF-nin idarəetmə xərcləri artırılır? Əksinə, Fondun xərcləri azaldılmalıdır", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31