Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı təsdiqləndi

Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişikliyi təsdiqləyib. Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından dekstrometorfan və buprenorfin çıxarılıb və dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına daxil edilib.

Tütün məmulatlarının idxalı və istehsalında yeni rüsum son oxunuşda təsdiqlənib

Milli Məclis tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri üçün müəyyənləşən yeni rüsumu son oxunuşda təsdiqləyib. Olaylar xəbər verir ki. bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında mazakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi rüsumu 150 manat təşkil edəcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31