"Bu ilki Türk Dünyası Kitab Festivalı əvvəlki iki festivaldan bir çox cəhədləri ilə fərqlənir"

"Bu ilki Türk Dünyası Kitab Festivalı əvvəlki iki festivaldan bir çox cəhədləri ilə fərqlənir".
Olaylar.az xəbər verir ki, bunu III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib.
"İlk dəfədir ki, bu il Türk Dünyası Kitab Festivalını Azərbaycanın tam ərazi bütövlüyü şəraitində qeyd edirik. Bu çox böyük bir tarixi hadisədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhkəm iradəsi ilə Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərin işığında və ondan sonra aparılmış uğurlu nailiyyətlərin sayəsində qazanılmış tam müstəqillik bizim həm Azərbaycan üçün, həm türk dünyası üçün son dərəcə böyük əhəmiyyətə malik olan tarixi hadisədir. Hesab edirəm ki, tam ərazi bütövlüyü şəraitində Azərbaycanın istənilən tədbiri, o cümlədən, Beynəlxalq Türk Dünyası Kitab Festivalını keçirməyi artıq bizim qarşımızda yeni bir tarixi dövrün açılmasına, kitabın, mədəniyyətin, elmin inkişaf edəcəyinə inamı artırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31