Bu rayonun qəsəbə və kəndləri qazsız qaldı
23 May 2024 19:22 SosialŞəmkir rayonunun bir qəsəbə, səkkiz kəndində təbii qaz təchizatında fasilə yaranıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, görülən texniki işlərlə əlaqədar Şəmkir rayonunun Çinarlı AQPS-dən qidalanan Çinarlı qəsəbəsi, Yeni Həyat, Çaparlı, Əliyaqublu, Düzqışlaq, Təzəkənd, Qarabağlar, Yeniyol və Qədimqala kəndlərində qaz təchizatında fasilə yaranıb.
Adıçəkilən ərazilərdə mayın 25-nə qədər qaz olmayacağı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31