Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Cəlilabad rayonun bir neçə yaşayış massivində qaz təchizatı dayandırılacaq.

Olaylar.az xəbər verir ki, bununla bağlı məlumat Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində paylaşılıb.

Belə ki, 16 may 2024-cü il tarixində saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Maşlıq, Muğan və Söyüdlü yaşayış məntəqələri üzrə 1800 abonentin mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31