Bakının məşhur hotelində 12 milyon manata mənzil satılır
15 May 2024 15:52 SosialBakının Nəsimi rayonunda yerləşən Hilton hoteldə mənzil satışa çıxarılıb.
Olaylar iqtisadiyyat.az-a istinadən xəbər verir ki, satışa çıxarılan mənzil 25 mərtəbəli hotelin 16-cı mərtəbəsində yerləşir.
Ümumi sahəsi 555 kvadrat metrə malik olan təmirsiz mənzil 270 dərəcə panoramik görüntüyə malikdir.
Təklif olunan bu əmlak mərtəbədəki üç mənzilin birləşdirilməsi ilə inşa edilib. Çıxarışla 9 otağa malik olsa da, alan şəxs öz istəyinə uyğun olaraq otaqlarını sayını azalda və ya artıra bilər.
Mənzil nə az, nə çox - 12 000 000 manata satışa çıxarışa çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31