Azad edilən bu rayonlarda da modul tipli xəstəxanalar quraşdırılacaq

Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması planlaşdırılıb.

Olaylar.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səhiyyə sisteminin inkişafı, həmin ərazilərdə yaşayan və işləyən sakinlər üçün tibbi xidmətlərin təşkili məqsədilə müvəqqəti olaraq Agentlik tərəfindən modul tipli xəstəxanaların quraşdırılması həyata keçirilir.

"2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb",- deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31