İcbari tibbi sığortaya ən çox bu şikayətlərlə müraciət edilib - Sədr AÇIQLADI

İcbari tibbi sığortaya ən çox həkim baxışı qəbulu, qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri üzrə müraciət olunub.

Olaylar.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, dövlət tibb müəssisələrində ən çox ginekoloji, göz, ürək-damar sistemi əməliyyatları aparılıb.

"Azərbaycanda əhalinin 47 %-i icbari tibbi sığortadan yararlanıb.Bu gün bir pasiyentə düşən xidmət sayında 1.5 dəfə artım müşahidə olunub",- deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31