Bu rayonda 100 nəfər qızılcaya yoluxdu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Cəlilabadda bu günə qədər 100 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. 

Olaylar.az sfera.az-a istinadən bildirir ki, onlardan 74 nəfəri 18 yaşdan kiçiklər, 26 nəfəri isə 18 yaşdan böyüklərdir. 

Qeyd olunub ki, rayonda qızılcadan ölüm halı qeydə alınmayıb. 

Hazırda rayonda qızılcaya qarşı peyvənd işləri aparılır. 

Xatırladaq ki, bir müddətdir Azərbaycanda qızılca virusu yayılıb. Xəstəlikdən ölüm halları da qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31