Yaşar Əliyev dəfn edildi (YENİLƏNİB)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev dəfn olunub.

Olaylar.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

xxx

14:04

Yaşar Əliyevlə vida mərasimi keçirilib.

Olaylar.az bildirir ki, mərhumun Bakıdakı evində keçiriən vida mərasimində ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirakı edib.

Xatırladaq ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.

Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Həmçinin Azərbaycanın Çindəki (2002-2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Qeyd edək ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31