“Təməl həyata dəstək (BLS) və ilk yardım” mövzusunda təlimlər keçirilib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-karantin xidməti tərəfindən Şərqi Zəngəzur Gömrük İdarəsinin əməkdaşları üçün "Təməl həyata dəstək (BLS) və ilk yardım" mövzusunda təlimlər keçirilib. 

Təlimlər gömrük əməkdaşlarının xüsusi həyati təhlükəli hallar zamanı həkiməqədər ilk yardımın göstərilməsi ilə bağlı məlumatlandırılması məqsədilə təşkil olunub. Gömrük əməkdaşlarına ilk yardım çantalarında olan vasitələrdən istifadə etməklə ilk yardımın göstərilməsinə dair nəzəri və praktiki məşğələlər keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31