Mingəçevirdə hepatitə yoluxan uşaqlara görə dezinfeksiya tədbirləri həyata keçirilib
17 Noyabr 2023 16:06 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Mingəçevir şəhərində uşaqlar arasında tək-tək hallarda Hepatit A xəstəliyi qeydə alınıb. Bununla əlaqədar, şəhər GEM-i tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib.
Bu barədə Olaylar.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib.
"İnfeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb.
Hepatit A virusuna yoluxma fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət- təmas yolu ilə baş verir. Xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət və keyfiyyətli içməli sudan istifadə edilməlidir", - deyə əlavə edilib.