AzTV komandası 31 il sonra ilk dəfə Qazaxın işğalda olan kəndində

Olaylar.az xəbər verir ki, Azərbaycan Televiziyasında (AzTV) ilk dəfə bir hissəsi işğaldan azad olunmuş Qazax rayonunun Qızılhacılı kəndi göstərilib.

Sözügedən kənddən "Xəbərlər" proqramına birbaşa bağlanan jurnalist bildirib ki, hazırda kəndin böyük hissəsi Ermənistan silahlı birləşmələrinin nəzarətindədir.

Ermənistan ordusu işğal müddətində kəndin bütün evlərini, tikililərini və infrastrukturu dağıdıb, kəndi xarabalığa çevirib.

Kadrlarda bir hissəsi Qızılhacılı kəndində yerləşən Coğazçay su anbarının qurudulduğu göstərilib.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:
https://www.youtube.com/watch?v=46ufW5F4cvw

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31