Məşhur veriliş yenidən yayımlanacaq - VİDEO
23 Oktyabr 2023 14:05 SosialBir zamanların ən məşhur "Zəif bənd" verilişi yenidən yayımlanacaq.
Olaylar.az Metbuat.az-a istinadən xəbər verir ki, bu haqda verilişin aparıcısı Kamilə Babayeva instaqram hesabında məlumat yayıb.
Artıq verilişin çəkilişi başlayıb. Nə vaxt yayımlanacağı barədə isə hələ məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanıb. İlk aparıcısı Kamilə Babayeva olub. 2006-2011-ci illərdə veriliş dayandırılıb. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31