Qərb bölgəsində hava kəskin pisləşdi - Elektrik enerjisinin verilişi dayandırıldı
9 Oktyabr 2023 21:47 SosialGəncə şəhərində və ətraf rayonlarda axşam saatlarından başlayaraq güclü külək əsir, Goranboy və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, güclü külək səbəbindən Şəmkir şəhərinin bəzi hissələrində, Goranboy rayonun Boluslu, Məşədiqaralar və Eyvazlılar kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Qeyri-sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı müvafiq qurumlar və idarələr tərəfindən araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31