2023-2024-cü tədris ilində 481 131 şagirdin təlim-tərbiyəsi ilə 28 498 müəllim məşğul olacaq
8 Sentyabr 2023 15:15 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 318 ümumi təhsil müəssisəsi, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
"OLAYLAR"-a İdarədən bildirilib ki, 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 481 131 şagirdin təlim-tərbiyəsi ilə 28 498 müəllim məşğul olacaq.
Məktəbəqədər təhsil müəssisələrində 34 995 uşağın təlim-tərbiyəsi ilə 4 375 tərbiyəçi-müəllimin məşğul olması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31