Erməniəsilli şəxslər “Laçın” postundan sərbəst keçirlər - FOTO

Sentyabrın 8-də "Laçın" sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi keçib.

Olaylar.az xəbər verir ki, ümumilikdə bu nəqliyyat vasitələri ilə 30 nəfərin məntəqədən maneəsiz keçidinə şərait yaradılıb.

Onlardan 4-ü BQXK-nın üzvü, 9-u sürücü, 10-u xəstə, 6-sı müşayiətçi, 1-i isə tibb işçisi olub.

Qeyd edək ki, erməni əsilli şəxslərin nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb. Bu, bir daha Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31