Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib - FOTO
23 Avqust 2023 18:26 SosialBalakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə "Mazımqara" gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.
Olaylar.az xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı 2800 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31