DOST mərkəzlərin sayının 17-yə çatdırılacaq - ÖZƏL

Ötən 5 il müddətində  7 DOST Mərkəzi  və Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi açılıb. "Olaylar" xəbər verir ki, DOST Mərkəzlərində indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faizdir. Hazırda DOST Mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri davam etdirilir. Belə ki, Şuşa, Sumqayıt, Gəncə, Quba və digər regionlarda da DOST mərkəzlərinin yaradılması üçün yekun layihələndirmə-tikinti işləri aparılır. 2025-ci ilədək DOST mərkəzlərin sayının 17-yə çatdırılması, həmçinin 55 DOST filialının da yaradılması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31