Gecə saatlarında DƏHŞƏTLİ xəbər gəldi -  ÖLƏN VAR/VİDEO

 

Bakıda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

 

Hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Taksi kimi fəaliyyət göstərən "Hyundai" markalı avtomobil nizamlanan dəmiryol keçidindən keçərkən teplavozla toqquşub.

Qəza zamanı avtomobilə böyük ziyan dəyib.

Şahidlərin dediyinə görə, hadisə zamanı taksidə olan qadın sərnişin həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31