Ana dilinin qorunması və inkişafı üçün bütün səylərimizi birləşdirməliyik - ÖZƏL

"Azərbaycan dilinin saflığının qorunması, tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində dahi rəhbərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət Dil Komissiyasına möhtərəm Prezidentimizin özünün rəhbərlik etməsi dilimizə dövlət səviyyəsində diqqət və qayğının əsas göstəricilərindəndir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Anar Məmmədovun sözlərinə görə, dövlət başçısının dilimizin saflığının qorunmasına, inkişaf etdirilməsinə və təbliğ olunmasına yönələn dil siyasəti, bu istiqamətdə apardığı genişmiqyaslı islahatlar, qəbul etdiyi fərman və sərəncamlar öz müsbət nəticəsini vermişdir: "Hər bir azərbaycanlı, xüsusilə gənclər bundan sonra da bu məsələdə vətəndaşlıq borcunu yerinə yetirməli, ana dilimizə qayğı göstərməli, onun qorunması və inkişafı üçün bütün səylərimizi birləşdirməliyik. Ana dili xalqın özü, varlığı, mənəviyyatıdır və mühüm tarixi əhəmiyyətə malikdir. Çünki o harada yaşamasından asılı olmayaraq, azərbaycanlıları birləşdirən, onların doğmalığının, həmrəyliyinin əsası olan ən etibarlı vasitədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31