Liftdə adamları saxlayıb “cəzalandıran” komendantlar da var - ÖZƏL

Redaksiyamıza müraciət edən Bakı şəhər sakinini yaşadığı binanın komendantının özbaşnalığından söz açıb. Şikayətçi qeyd edib ki, yaşadığı binanın komendantı qeyri-adi cəzalandırma metoduna əl ataraq heç bir əsas göstərmədən sakinlərin işığını kəsir. O, bununla sakinlərə təzyiq edərək digər kommunal xidmət haqlarının ödənilməsinə çalışır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Olaylar"a bildirib ki, komendantın belə bir hüququ yoxdur. O, yalnız kommunal xidmət haqlarını ödəməyən sakinləri məhkəməyə verə bilər. Heç bir halda komendantın ixtiyarı yoxdur ki, vətəndaşı kommunal xidmətdən məhrum eləsin. Bu hüquqdan məhrumetmə yalnız məhkəmə qərarı ilə baş verə bilər. Çox təəssüflər olsun ki, yeni tikilmiş binalarda bu cür özbaşnalıqlar baş verməkdədir. Həta liftdə adamları saxlayıb "həbs" etmək kimi hallar mövcuddur. Belə hallar yolverilməzdir, çünki  bu birbaşa istehlakçı hüquqlarının pozulmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31