Bakının bu ərazilərində su kəsiləcək

Bu gün Bakının Bibiheybət, Şıx qəsəbələri, Salyan yolu ərazisi və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, buna səbəb magistral su kəmərində yenidənqurma işlərinin aparılmasıdır.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31